Türkiyə gələn il Somalidə neft axtaracaq

Türkiyə gələn il Somalidə neft axtaracaq
  19 Aprel 2024    Oxunub:799
Türkiyə 2025-ci ildə Somali sahillərində neft kəşfiyyatına başlamaq niyyətindədir.
Bunu Türkiyənin energetika naziri Alparslan Bayraktar bu barədə NTV telekanalının efirində deyib. “Biz hesab edirik ki, Somali sahillərində neft ehtiyatları ola bilər. Həmin ərazilərdə seysmik işlər aparırıq”, - deyə nazir bildirib.

Qeyd edək ki, Türkiyə və Somali bu ilin martında neft və qaz sahəsində əməkdaşlıq haqqında hökumətlərarası saziş imzalayıb. Fevralda hər isə iki ölkə 10 il müddətinə müdafiə və iqtisadi əməkdaşlıq haqqında müqavilə imzalayıb. Müqavilə Türkiyə Hərbi Dəniz Qüvvələrinə müdafiə məqsədilə Somalinin ərazi sularına daxil olmasına, həmçinin dəniz quldurları, qaçaqmalçılar və brakonyerlərlə mübarizəyə icazə verir.

Bundan əlavə, Ankara Somalinin iqtisadi dəniz zonasının istismarından əldə edilən gəlirlərin 30 faizini götürəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti