“Flydubai” aviaşirkəti İrana uçuşları ləğv edib

“Flydubai” aviaşirkəti İrana uçuşları ləğv edib
  19 Aprel 2024    Oxunub:838
“Flydubai” şirkəti paytaxt hava limanının bağlanması ilə əlaqədar Tehrana uçuşları ləğv edib və oradan Dubaya uçan reysi geri qaytarıb.
AzVision.az xəbər verir ki, bu barədə TASS-a aviaşirkətin nümayəndəsi məlumat verib.

"FZ 1929 saylı reys aprelin 19-da Tehran hava limanının bağlanması ilə əlaqədar Dubaya qayıdıb. Verilən NOTAM-a uyğun olaraq, bu gün İrana uçuşlarımız ləğv edilib", - məlumatda deyilir.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti