Azərbaycan və Türkiyə arasında ikiqat vergitutma aradan qaldırılacaq

   Azərbaycan və Türkiyə arasında ikiqat vergitutma aradan qaldırılacaq
  18 Aprel 2024    Oxunub:1048
Azərbaycan və Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılacaq.
AzVision.az xəbər verir ki, bu barədə Milli Məclisə qanun layihəsi daxil olub.

"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş"in təsdiq edilməsi barədə" qanun layihəsi Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sabah keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

AzVision.az


Teqlər: Milli-Məclis   Türkiyə   vergi   qanun-layihəsi  





Xəbər lenti