Səfir: Ermənistan saxta faktlardan sübut kimi istifadə edir
“Ötən gün Ermənistanın dəfələrlə yanlış tərcümə və sübutların təfsirindən istifadə etməsi Azərbaycanı hiddətləndirib. Bununla bu ölkə hesab edib ki, onun bəyanatlarının müvafiq hissələri İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın əhatə dairəsinə düşə bilər”, - o, Ermənistan nümayəndələrinin Azərbaycan Silahlı Qüvvələri ilə bağlı saxta məlumatlarına münasibət bildirərkən deyib.
R.Mustafayev vurğulayıb ki, Ermənistan tərəfinin bu bəyanatlarına irqçi ifadələrin işlədilməsinə dair real sübutu əsaslanmayan fikirlər daxil idi. O əlavə edib ki, onlar Azərbaycan Prezidenti İlham Əliyevin çıxışlarını təhrif ediblər:
“Məhkəməni əmin edə bilərəm ki, Azərbaycan Silahlı Qüvvələrində heç vaxt belə şevronlardan istifadə edilməyib və ya belə simvollar nümayiş etdirilməyib. Ermənistan tərəfinin vəkilinin bu dinləmələrdə diqqət çəkdiyi bu sübut növbəti saxtakarlıqdır”.
R.Mustafayev qeyd edib ki, Ermənistan tərəfinin aprelin 16-da keçirilən dinləmələrdə təqdim etdikləri arqumentlərdəki sübut bazası etibarsız məlumatlara əsaslanıb və Azərbaycanın konkret ilkin etirazları ilə heç bir əlaqəsi olmayan bəyanatlar verilib.
AzVision.az
Teqlər: