Qonşusunu öldürən şəxsin cinayət işi məhkəməyə göndərildi

 Qonşusunu öldürən şəxsin cinayət işi məhkəməyə göndərildi
  18 Aprel 2024    Oxunub:594
Bu ilin yanvarın 1-də Tərtər rayon sakini 2006-cı il təvəllüdlü Canpolad Tağıyevin yaşadığı binanın qarşısında öldürülməsi faktı üzrə başlanmış cinayət işi üzrə istintaq tamamlanıb.
AzVision.az xəbər verir ki, bu barədə Tərtər Rayon Prokurorluğu məlumat yayıb. Bildirilib ki, ibtidai istintaqla 2009-cu il təvəllüdlü Fuad Quluzadənin qonşusu Canpolad Tağıyev ilə aralarında yaranmış mübahisə zamanı sonuncunun qardaşının gözləri qarşısında bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd olunub ki, F.Quluzadəyə Cinayət Məcəlləsinin xüsusi amansızlıqla qəsdən adam öldürmə maddəsilə yekun ittiham elan edilib, müstəntiqin vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən rayon prokurorunun təqdimatı əsasında barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

AzVision.az


Teqlər:





Xəbər lenti