AQTA sədri ekspertlər barədə: Yaramaz fikirlərlə rastlaşdım
Onun sözlərinə görə, ölkə ərazisində istehsal olunan yağlar üzərində dövlət nəzarəti həyata keçirilir: “Ona görə də istənilən ekspertizaya getməyə, hansısa təşviş yaratmaq istəyən ekspertlərin bütün suallarını cavablandırmağa hazıram. Bəzi ekspertlər bu sahədən o qədər məlumatsızdırlar ki, çıxışlarında trans yağların sıfıra endirilməsindən danışır. Halbuki tərkibində sıfır trans yağ olan yağ ümumiyyətlə dünyada yoxdur”.
Q.Təhməzli vurğulayıb ki, trans yağın iribuynuzlu heyvanın orqanizmində göstəricisi 2 %-dir: “Dünyada və Azərbaycanda bu, 2 %-lik əmsalla ölçülür. Bəzi “ekspertlər” bu göstəricinin yüksək olduğu deyilir. Trans yağ anlayışı elə bir anlayışdır ki, kənardan heç qatılmır. Hətta bu yaxınlarda antibiotiklərin dönərdə olması ilə bağlı yaramaz fikirlərlə də rastlaşdım. Bu cür insanlara açıq şəkildə deyirəm ki, ölkədə istənilən ticarət şəbəkələrində satılan yağların ekspertizinasını həyata keçirmək üçün Avropanın aparıcı ölkələrində ekspertizaya eləməyə hazıram”.
AzVision.az
Teqlər: