Nazirlər Kabinetində elektromobillərin təşviqinə dair iclas baş tutub

   Nazirlər Kabinetində elektromobillərin təşviqinə dair iclas baş tutub
  17 Aprel 2024    Oxunub:942
Aprelin 17-də Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun rəhbərliyi ilə "Elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 7 mart tarixli Sərəncamından irəli gələn tədbirlərin həyata keçirilməsi ilə bağlı iclas keçirilib.
Nazirlər Kabinetindən AzVision.az -a verilən xəbərə görə, Baş nazir iclası açaraq "Elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviq edilməsi haqqında "Azərbaycan Respublikası Prezidentinin Sərəncamından irəli gələn tədbirlər, onların icrasının gedişi və qarşıda duran vəzifələr barədə məlumat verib.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və energetika nazirinin müavini Samir Vəliyev məruzələrlə çıxış ediblər.

İclasda elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin və elektrik enerjisi doldurma məntəqələrinin - EDM əhatə dairəsinin genişləndirilməsi, bu sahədə zəruri infrastrukturun yaradılması, onların dayanıqlı elektrik enerjisi ilə təchiz edilməsi tədbirlərinin görülməsi, habelə bu işlərə sahibkarlıq subyektlərinin cəlb olunması məqsədilə normativ hüquqi aktların təkmilləşdirilməsi və digər zəruri məsələlər barədə müzakirələr aparılıb.

İclasın yekununda qarşıda duran vəzifələr istiqamətində irəli sürülən təkliflər nəzərə alınmaqla aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

AzVision.az


Teqlər: Nazirlər-Kabineti   elektromobil   iclas  





Xəbər lenti