Zurabişvili etirazla qarşılanan qanuna veto qoyacaq

Zurabişvili etirazla qarşılanan qanuna veto qoyacaq
  17 Aprel 2024    Oxunub:875
Gürcüstan Prezidenti Salome Zurabişvili ölkədə etirazlara səbəb olan “Xarici təsirin şəffaflığı haqqında” qanuna veto qoyacağını açıqlayıb.
AzVision.az xəbər verir ki, bu barədə məlumatı TASS yayıb.

Xatırladaq ki, Gürcüstan parlamenti bu gün sözügedən qanun layihəsini birinci oxunuşda qəbul edib. Sənəd hələ ikinci oxunuşda da qəbul olunmalıdır. Bununla bağlı dinləmələr mayın 17-də baş tutacaq.

AzVision.az



Teqlər: Gürcüstan  





Xəbər lenti