Kemeron İsrailə gedir
İngilis nazirin habelə Ramallah şəhərində Fələstin hökumətinin yüksəkvəzifəli nümayəndələri ilə görüşü nəzərdə tutulur.
Kemeron səfər çərçivəsində Qəzza zolağına daha çox humanitar yardım təminatı və Aşdod limanının açılması zərurətinə, humanitar qruplara qarşı zorakılığın qarşısının alınması məsələsinə toxunacaq. Eyni zamanda, İranın İsrailə hücumu, əsirlərin azadlığa buraxılması və İsrail-Livan sərhədində artan gərginliklə bağlı müzakirələr aparacaq.
Firudin Həmidli
AzVision.az
Teqlər: Britaniya İsrail nazir səfər