Peyntbol Federasiyamız beynəlxalq quruma üzv oldu

Peyntbol Federasiyamız beynəlxalq quruma üzv oldu
  01 İyul 2014    Oxunub:1252
Azərbaycan Respublikası Peyntbol Federasiyası Avropa Peyntbol Federasiyasına tam hüquqlu üzv seçilib. Beləliklə, Azərbaycan Peyntbol Federasiyası Qafqaz regionunda Avropa Peyntbol Federasiyasına üzv olan ilk təşkilat oldu.

Avropa Peyntbol Federasiyasına üzv olmaqla Azərbaycan Peyntbolçuları peyntbol idman növündə ölkəmizi beynəlxalq çempionatlarda təmsil etmək hüququ qazanıblar.

Azərbaycan Peyntbol Federasiyası ilk addımlarından biri kimi Milli Lider Heydər Əliyevin anım günü münasibətilə Azərbaycan Hava və Ekstremal İdman növləri Federasiyası tərəfindən 10 may 2014-cü il tarixində təşkil olunan 3751 metr hündürlükdə yerləşən Heydər Əliyev zirvəsinə yürüş keçirib. 14 iyun 2014-cü ilədə YARAT Müasir İncəsənət Məkanı, Azərbaycan Atletika Federasiyası və ASAN Xidmətlə birgə Tofiq Bəhramov adına stadionunda keçirlən “Sağlam ol və Yarat” qaçış turinirinin təşkilatçılarından biri olub. 26 iyun Azərbayacan silahlı qüvvələr günü və Azərbaycan Silahlı qüvvələrinin yaradılmasının 96–cı ildönümü münasibəti ilə ASAN Könüllü Gənclər Təşkilatı ilə birgə Arena İdman Klubunda Gənc çağırışçılar arasında “Qarabağ” Peyntbol Turiniri təşkil edib.

Avropa Peyntbol Federasiyası (APF) peyntbol idman növünü təmsil edən, özündə Avropanın bütün milli peytnbol federasiyalarını birləşdirən beynəlxalq təşkilatdır.
Avropa Peyntbol Federasiyasının əsas məqsədi bunlardır:

- Avropada peyntbol idman növünün inkişafını təşviq etmək. Bu məqsədlə rəsmi təşkilatlarla və individual şəxslərlə əlaqələr yaratmaq,onlarla texniki, inzibati və maddi səviyyələrdə əməkdaşlığa nail olmaq.

- Bütün tərəflərin maraqlarına cavab verəcək şəkildə milli fededarasiyalar və onların üzvləri arasında dostluq və əməkdaşlıq əlaqələrinin yaradılmasını, birlikdə layihələr həyata keçirilməsinı təşviq etmək.

- APF tərəfindən qəbul edilən beynəlxalq Peyntbol nizamnamə qaydalarının yaradılması və təşviq edilməsi.

- Peyntbol üzrə Avropa milli Peyntpol federasiyaları və onlara bağlı birliklər arasında APF-nın qaydalarına, tələblərinə uyğun olaraq Avropa Cempionatı, Millenium seriyası və digər beynəlxalq yarışları keçirilməsi və APF-nin qaydalaraına əməl olunmasına nəzarət edilməsi.

- Beynəlxalq dərəcəli hakimlərin, digər texniki və inzibatı şəxslərin,personalın seçilməsi, təlimi və peşkarlıq səviyyələrini artırmaq üçün trenninqlərin keçirilməsi eyni zamanda onların fəalliyətinə nəzarət edilməsi.

- Peyntbolun Milli Olimpiya Komitələri, Beynəlxalq Olimpiya Komitəsi və digər beynəlxalq təşkilatlar səviyyəsində təmsili və maraqlarının müdafiə edilməsi.

- Peyntbol yarışmalarlaı zamanı milli komandalar arasında yaranan mübahisələr və fikir müxtəlifliyinin aradan qaldırılması, bu sahədə yekun qərarın verilməsi.

- Siyasi, dini və irqi diskriminasiya ilə bağlı mübahisələrin və dialoqların qadağan edilməsi.

- Milli Peyntbol Federasiyalarının Milli Olimpiya Komitələri tərəfindən tanınmasına nail olmaq və APF-nın Beynəlxalq Olimpiya Komitəsi tərəfində tanınmasına nail olmaq.

- APF-nın fəaliyyəti haqqında beynəlxlaq birliyin məlumatlandırılması və s.


Teqlər:  





Xəbər lenti