İnformasiya və rabitə xidmətlərinin həcmi 10%-dən çox artıb

İnformasiya və rabitə xidmətlərinin həcmi 10%-dən çox artıb
  15 Aprel 2024    Oxunub:640
Cari ilin yanvar-mart aylarında Azərbaycanda göstərilmiş informasiya və rabitə xidmətlərinin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,4% artıb.
Dövlət Statistika Komitəsindən AzVision.az -a verilən məlumata görə, informasiya və rabitə müəssisələri tərəfindən göstərilmiş 766,4 milyon manatlıq xidmətlərin 74,1%-i əhali sektoruna aid olub.

Bu sahədə əldə edilmiş gəlirin 83,5%-i qeyri-dövlət sektorunun payına düşüb.

AzVision.az


Teqlər: informasiya   rabitə   statistika  





Xəbər lenti