476,7 hektar ərazi minalardan təmizlənib

476,7 hektar ərazi minalardan təmizlənib
  15 Aprel 2024    Oxunub:493
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumat yayıb.
ANAMA-dan AzVision.az -a bildirilib ki, azad olunan ərazilərdə 2024-cü ilin aprelin 8-14-ü 5 tank əleyhinə mina, 1 piyada əleyhinə mina, 725 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib. Həmçinin 476,7 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti həyata keçirib.

AzVision.az


Teqlər:





Xəbər lenti