"Vətəndaşlarımızın həyatı yalnız Permyakovun şıltaqlığından asılıdır” - Ekimyan

"Vətəndaşlarımızın həyatı yalnız Permyakovun şıltaqlığından asılıdır”    - Ekimyan
  15 Aprel 2024    Oxunub:858
Vətəndaş cəmiyyəti fəalı Karen Ekimyan Ermənistan ordusunun 2020-ci ildəkindən də zəif durumda olmasından gileylənib.
O, "Mamul" nəşrinə açıqlamasında deyib ki, ölkənin ən zəif nöqtəsi hava məkanının təhlükəsizliyi ilə bağlıdır.

“Təsəvvür edək ki, Azərbaycanla Ermənistan arasında yeni müharibə başlayıb və qarşı tərəf raketlər, Pilotsuz Uçuş Aparatlarından (PUA) istifadə edir. Ermənistanın hava məkanını Rusiya Aerokosmik Qüvvələri “mühafizə edir”. Bu qüvvələrə nəzarəti isə Rusiya Federasiyasının Cənub Hərbi Dairəsinin qoşunlarının komandanı öz üzərinə götürüb. Bizim adı üstündə olan hava hücumundan müdafiə sistemimiz yalnız o zaman işləyəcək ki, Rusiya hərbçiləri üçün təcavüz təhlükəsi yaranacaq. Yaxud da Ermənistan tərəfi təkbaşına bu təhlükəni dəf edə bilməyəcək. Yəni, Voskepara hücum olsa və ya Zəngəzur tərəfdə döyüşlər getsə, “erməni” hava hücumundan müdafiə sistemi işləməyəcək. Çünki bu istiqamətdə Rusiya tərəfi üçün heç bir təhlükə olmayacaq", - gileylənib.

Ekimyan iddia edib ki, İrəvanla Moskva arasında yaranmış soyuqluq fonunda toqquşmalar baş versə, guya Rusiyanın Cənub Dairəsinin müvəqqəti komandanı Permyakov Bakıya Ermənistan Silahlı Qüvvələri haqqında lazımi məlumatları əvvəlcədən ötürəcək: "Belə çıxır ki, mümkün Ermənistan-Azərbaycan hərbi münaqişəsi zamanı Ermənistan Respublikası vətəndaşlarının həyatı yalnız Rusiya Federasiyasının Cənub Dairəsinin müvəqqəti komandiri Permyakovun şıltaqlığından asılı olacaq”.
AzVision.az



Teqlər:





Xəbər lenti