Türkiyə İrana İsraillə bağlı çağırış etdi

 Türkiyə İrana İsraillə bağlı çağırış etdi
  15 Aprel 2024    Oxunub:717
Türkiyə hakimiyyəti İrandan İsrailə hücum etməməyi xahiş edib.
AzVision.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Türkiyə Xarici İşlər Nazirliyi qlobal münaqişənin qarşısını almaq üçün səylərini davam etdirəcəklərini vurğulayıb. Ankara həmçinin İranın Suriyadakı səfirliyinə İsrail tərəfindən hücumu pisləyib.

Bundan əvvəl İsrail Müdafiə Qüvvələrinin sözçüsü Peter Lerner "ABC News"a verdiyi açıqlamada İsrailin İranın hücumuna cavabı ilə bağlı qərarını tezliklə verəcəyini bildirib.

Həmidə İbrahimova

AzVision.az



Teqlər:





Xəbər lenti