Fransa İranın Parisdəki səfirini çağırdı

   Fransa İranın Parisdəki səfirini çağırdı
  15 Aprel 2024    Oxunub:1335
Fransa Xarici İşlər Nazirliyi Tehranın İsrailə hücumu ilə bağlı İranın Parisdəki səfirini çağırıb. Bu barədə Fransa Xarici İşlər Nazirliyinin rəhbəri Stefan Sejournet France 2 telekanalının efirində bildirib.
“Mən tapşırıq vermişəm ki, sabah İran səfiri çağırılsın və ona bizim qətiyyətimiz çatdırılsın".

Eyni zamanda, nazir bildirib ki, Yaxın Şərqdə münaqişənin genişlənməsinə yol verməmək lazımdır.

Onun sözlərinə görə, Fransanın prioriteti girovların azad edilməsi, atəşkəs və Qəzza zolağına humanitar yardımın daxil olmasını təmin etməkdir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti