Zelenskidən İranın İsrailə hücumuna reaksiya

   Zelenskidən İranın İsrailə hücumuna reaksiya
  14 Aprel 2024    Oxunub:1337
Ukrayna İranın "Şahed" dronları və raketlərdən istifadə etməklə İsrail rejiminə qarşı hücumunu pisləyir.
Bu barədə Ukrayna prezidenti Vladimir Zelenski danışıb.

“Burada, Ukraynada Rusiyanın oxşar hücumlarının dəhşətini çox yaxşı bilirik. İran "Şahed"-lərilə, Rusiya raketlərilə eyni kütləvi hava zərbələri taktikasından istifadə edilir.

Yaxın Şərqdə gərginliyin daha da artmasına yol verməmək üçün hər cür səy göstərilməlidir. Necə ki, Rusiya öz hərəkətləri ilə müharibəni genişləndirmək riski yaradır, eləcə də İran bu hücumu ilə bütün regionu və dünyanı təhdid edir. Hər iki rejim terrorun yayılmasında açıq-aşkar əməkdaşlıq edir. Dünya bunun cavabını qəti şəkildə verməlidir”.

Zelenski həmçinin İran dronlarını “terror aləti” adlandırıb:

"Bu terror alətləri həm Yaxın Şərq, həm də Avropa səmalarında eyni səslənir".
Əli Həsənov
AzVision.az


Teqlər:





Xəbər lenti