Blinken ABŞ tərəfdaşları ilə İranın İsrailə zərbə endirməsini müzakirə edəcək

   Blinken  ABŞ tərəfdaşları ilə İranın İsrailə zərbə endirməsini müzakirə edəcək
  14 Aprel 2024    Oxunub:1234
ABŞ dövlət katibi Antoni Blinken yaxın vaxtlarda ABŞ tərəfdaşları ilə İranın İsrailə hücumunu müzakirə edəcəyini bildirib.
"Yaxın saatlarda və günlərdə müttəfiqlərimiz və tərəfdaşlarımızla regionda və dünyada baş verənlərlə bağlı məsləhətləşmələr aparacağam",- Blinken açıqlamasında bildirib.

ABŞ Xarici Siyasət Departamentinin rəhbəri vurğulayıb ki, Vaşinqton “eskalasiyaya can atmır”, lakin İsraili dəstəkləməyə və regiondakı Amerika qoşunlarını qorumağa davam edəcək.

Şənbə günü axşam İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti bildirib ki, İran öz ərazisindən İsrailə doğru pilotsuz təyyarələr atıb.

Daha sonra İsrail ordusu İrandan raket buraxılışlarını qeydə aldığını bəyan edib. İslam İnqilabı Keşikçiləri Korpusu (İran silahlı qüvvələrinin elit bölmələri) pilotsuz təyyarələr və raketlərdən istifadə etməklə İsrailə qarşı kütləvi hücumu təsdiqləyib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti