Niderland İrandakı səfirliyini bağlayacaq
Bildirilir ki, belə bir addıma İran və İsrail arasında gərginliyin artması əsas verib.
“Niderlandın Tehrandakı səfirliyi və Ərbildəki Baş Konsulluğu ehtiyat tədbirlərinə görə bazar günü ictimaiyyət üçün bağlı olacaq. Xarici İşlər Nazirliyi bu qərarı İran və İsrail arasında artan gərginliyə cavab olaraq qəbul edib”, - bəyanatda deyilir. Nazirlik əlavə edib ki, səfirliyin bazar ertəsi açılıb-açılmayacağı ilə bağlı qərar bazar günü veriləcək.
Həmidə İbrahimova
AzVision.az
Teqlər: