Braziliyalı baş hakim Sandro Riccinin idarə etdiyi oyunun əsas vaxtında hesab açılmayıb.
Görüşün əsas hissəsində qalib müəyyənləşmədiyi üçün əlavə vaxt oynanılıb. Matçın 92-ci dəqiqəsində Almaniya millisinin futbolçusu Andre Şüerrle hesabı açıb. Oyunun 120-ci dəqiqəsində Məsut Özil ikinci topu Əlcəzair millisinin qapısından keçirib. Bir dəqiqə sonra əlcəzairli futbolçu Djabou hesab arasındakı fərqi azaldıb.
Beləliklə, rəqibini 2:1 hesabı ilə məğlub edən Almaniya millisi dünya çempionatının dörddəbir final mərhələsinə yüksəlib.
Növbəti mərhələdə Almaniya millisi Fransa yığması ilə qarşılaşacaq. Oyun iyulun 4-də keçiriləcək.