İspaniya sahillərinə çatmaq istəyən dörd miqrant öldü

    İspaniya sahillərinə çatmaq istəyən dörd miqrant öldü
  12 Aprel 2024    Oxunub:805
İspaniyaya dəniz yolu ilə getmək istəyən miqrantların gəmisi batıb.
AzVision.az xəbər verir ki, bu barədə “Cope” radiostansiyası məlumat yayıb.

Onun məlumatına görə, 4 miqrantın meyiti Kartagena sahilləri yaxınlığında gəmidə tapılıb.

İspaniya Daxili İşlər Nazirliyinin məlumatına görə, 2024-cü il yanvarın 1-dən martın 31-dək 16 mindən çox qanunsuz miqrant krallığa daxil ola bilib. Bu rəqəm 2023-cü ilin analoji dövrünün göstəricisindən 277% çoxdur.

Həmidə İbrahimova

AzVision.az



Teqlər:





Xəbər lenti