Kəlbəcərdə əl qumbaraları və sursat aşkarlandı

   Kəlbəcərdə əl qumbaraları və sursat aşkarlandı
  12 Aprel 2024    Oxunub:799
Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə Kəlbəcər rayonu Qozlukörpü kəndi ərazisindən 9 ədəd “F-1” əl qumbarası və partlayıcı başlıqlar aşkar olub.
AzVision.az xəbər verir ki, bundan başqa rayonun Çələkdar kəndi ərazisində 16 ədəd “F-1” əl qumbarası, 2 ədəd partlayıcı başlığı, 2 ədəd “M-75” əl qumbarası, 4 ədəd avtomat darağı və çoxlu sayda patron aşkar olunub.

Partlayıcı sursatlar təhlükəsizlik tədbirlər görülərək ərazidən götürülüb.


AzVision.az



Teqlər:





Xəbər lenti