KİV: Ərdoğan və Putin aprelin sonu görüşə bilərlər

      KİV:    Ərdoğan və Putin aprelin sonu görüşə bilərlər
  12 Aprel 2024    Oxunub:963
Aprelin sonuna qədər Türkiyəyə bir sıra yüksək səviyyəli səfərlər mümkündür. Türkiyənin hökumətyönlü “Yeni Şafak” qəzetinin yazdığına görə, bura Rusiya prezidenti Vladimir Putinin səfəri də daxildir.
Yerli mediada Rusiya liderinin Türkiyəyə səfərinin mümkünlüyü barədə əvvəllər dəfələrlə məlumat yayılsa da, rəsmi Ankara bu məlumatı hələlik təsdiqləməyib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov aprelin 8-də bildirib ki, Putin və Ərdoğan arasında təmasa hazırlıq gedir və yaxın gələcəkdə mümkündür, lakin dəqiq tarixlər hələ müəyyən edilməyib.

“Yeni Şafak”ın xəbərinə görə, Rusiya və Türkiyə prezidentləri arasında danışıqların gündəmindəki məsələlərdən biri 2022-ci ilin iyulunda işə salınan taxıl dəhlizi işinin bərpası istiqamətində addımlar ola bilər.

Eyni zamanda "Türkiye" qəzeti Rusiya prezidentinin Türkiyəyə səfərinin may ayında planlaşdırıldığını iddia edir. Nəşr yazır ki, hələlik tarix yoxdur, lakin Xarici İşlər Nazirliyi hazırlıq işləri aparır.

Qeyd edək ki, sonuncu dəfə Ərdoğan martın 18-də rusiyalı həmkarı Vladimir Putinlə telefonla danışıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti