Hərbçilərin asudə vaxtı yüksək səviyyədə təşkil edilir - FOTOLAR

   Hərbçilərin asudə vaxtı yüksək səviyyədə təşkil edilir -  FOTOLAR
  11 Aprel 2024    Oxunub:913
Azərbaycan Ordusunda hərbi qulluqçuların mədəni asudə vaxtının səmərəli təşkili, hərtərəfli mənalı istirahəti və şəxsi heyətin ruh yüksəkliyini daha da artırmaq məqsədilə mütəmadi olaraq tədbirlər keçirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az -a bildirilib ki, 2024-cü ilin fəaliyyət planına uyğun olaraq, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin səyyar-təşviqat qrupu hərbi hissələrdə olub, mədəni-kütləvi tədbir keçiriblər.

Mərkəzin yaradıcı heyətinin ifasında təqdim edilən konsert proqramı yüksək ovqatla qarşılanıb.

Həmçinin “Əsgərə məktub” layihəsi çərçivəsində vətəndaşlar tərəfindən yazılmış məktublar Vətən qoruyucularına çatdırılıb. Hərbi qulluqçular onlara ünvanlanmış məktubları böyük maraqla oxuyublar.

AzVision.az

Qalereya




Teqlər: Müdafiə-Nazirliyi  





Xəbər lenti