Tanışını bıçaqlayıb öldürən şəxs tutulub

   Tanışını bıçaqlayıb öldürən şəxs tutulub
  11 Aprel 2024    Oxunub:663
Aprelin 10-da paytaxtın Nizami rayonu ərazisində Anar Quliyevin almış olduğu xəsarətdən müalicə aldığı xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Nizami rayon prokurorluğundan AzVision.az -a verilən məlumata görə, aparılmış istintaqla 1990-cı il təvəllüdlü Rəhman Qəhrəmanovun aprelin 9-da rayonun Keşlə qəsəbəsi ərazisində aralarında yaranmış mübahisə zamanı tanışı Anar Quliyevə bıçaqla xəsarət yetirməsi nəticəsində sonuncunun növbəti gün müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işinin istintaqı aparılır. Rəhman Qəhrəmanov iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam etdirilir.

1993-cü il təvəllüdlü Anar Quliyevin yaşadığı evin yaxınlığında tanışı Rəhman Qəhrəmanovla əlbəyaxa dava zamanı bıçaqlandığı bildirilib.

AzVision.az


Teqlər: hadisə   cinayət   qətl  





Xəbər lenti