Fransız siyasətçi: Müdafiəmiz çətin vəziyyətdədir, 3 gün müharibə edə bilərik

      Fransız siyasətçi:   Müdafiəmiz çətin vəziyyətdədir, 3 gün müharibə edə bilərik
  11 Aprel 2024    Oxunub:1107
“Kiyev əvəzinə Paris döyüşməməlidir, Ukraynaya silah tədarükü dayandırılmalıdır, çünki bu, Fransanın müdafiə sistemini məhv edir”.
Bu fikirləri “France Info” telekanalına açıqlamasında Fransanın Rekonkista partiyasının sədr müavini, Fransa Milli Assambleyasının (parlamentin aşağı palatası) keçmiş deputatı (2012-2017) və 2024-cü il Avropa Parlamentinə seçkilərə namizəd Marion Mareşal deyib.

“Fransanın rolu Ukraynanın əvəzinə döyüşmək deyil. Kiyevə silah vermək artıq son dərəcə çətin vəziyyətdə olan müdafiə sistemimizi məhv etmək deməkdir” , - deyə o qeyd edib.

Siyasətçinin sözlərinə görə, parlamentin son hesabatları göstərir ki, yüksək intensivlikli müharibə olacağı təqdirdə Fransa üç gün ərzində kifayət qədər sursata malik olacaq: “Fransada cəmi 200 tank var, Ukraynada isə hər gün təxminən 10 belə maşın məhv edilir”.

O, həmçinin xatırladıb ki, əksər ölkələr Parisin Ukraynaya qoşun göndərmək ideyasını dəstəkləməyib. Qeyd edək ki, Marion Mareşal sağçı “Milli Birlik” siyasi partiyasının lideri Marin Le Penlə qohumdur.



AzVision.az




Teqlər:





Xəbər lenti