ABŞ İranı sakitləşdirməyə çalışır

   ABŞ İranı sakitləşdirməyə çalışır
  11 Aprel 2024    Oxunub:954
Birləşmiş Ştatlar Yaxın Şərq dövlətlərindən İsraillə gərginliyi azaltmaq çağırışını İrana çatdırmağı xahiş edib.
Bu barədə “Reuters” mənbəyə istinadən məlumat yayıb. Ağ Ev Milli Təhlükəsizlik Şurasının Yaxın Şərq və Şimali Afrika üzrə koordinatoru Brett Makqurk Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər və İraqın xarici işlər nazirlərindən İrana İsrailin konsulluğa hücumdan sonra Qüdslə gərginliyi azaltmaq üçün təcili çağırışı çatdırmağı xahiş edib.

Agentliyin mənbəsi qeyd edib ki, Ağ Evin nümayəndəsinin danışdığı xarici işlər orqanlarının rəhbərləri onun xahişini yerinə yetiriblər.

Qeyd edək ki, çərşənbə günü İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər və İraqın xarici işlər nazirləri ilə telefon danışığı aparıb və bu danışıqlarda regional gərginliyi müzakirə edib.


AzVision.az


Teqlər:





Xəbər lenti