Kaçinskinin dövründə xidməti maşınlara yanacaq doldurmağa pul olmayıb

Kaçinskinin dövründə xidməti maşınlara yanacaq doldurmağa pul olmayıb
  11 Aprel 2024    Oxunub:851
2015-2023-cü illərdə Polşanın Daxili İşlər və İdarəetmə Nazirliyi ölkədə o vaxtkı hakim Qanun və Ədalət (PiS) partiyasının lideri Yaroslav Kaçinskinin müdafiəsi üçün təxminən 35 milyon zloti (təxminən 8,75 milyon dollar) xərcləyib.
Bunu Seymdə (parlamentin aşağı palatası) Daxili İşlər Nazirliyinin rəhbəri Marçin Kervinski bildirib. “Deputat Kaçinskinin və onun tədbirlərinin müdafiəsi üçün həmişə pul olub. Buna 35 milyon zloti xərclənib”, - deyə nazir bildirib.

Kervinski onu da bildirib ki, Yaroslav Kaçinskinin hakimiyyəti illərində hökumət Daxili İşlər Nazirliyinə 185 milyon zloti (46 milyon dollardan çox) borclu idi. Onun sözlərinə görə, iş o yerə çatıb ki, idarənin xidməti maşınlara yanacaq doldurmağa vəsaiti olmayıb.


AzVision.az


Teqlər:





Xəbər lenti