Neft Daşlarında dalğanın hündürlüyü 2.3 metrə çatıb

Neft Daşlarında dalğanın hündürlüyü 2.3 metrə çatıb
  11 Aprel 2024    Oxunub:677
Aprelin 11-i saat 14:00-a olan məlumata əsasən Naxçıvan, Şərur, Şahbuz, Ordubad, Daşkəsən, Gədəbəy, Ceyrançöl, Göygöl, Ağstafa, Beyləqan, Neftçala, Astara, Lənkəran, Yardımlı, Lerik, Biləsuvarda arabir yağış yağır.
Milli Hidrometeorologiya Xidmətindən AzVision.az -a verilən xəbərə görə, Şimal-qərb küləyi arabir Altıağacda 20 m/s, Bakıda və Abşeron yarımadasında 23-25 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.3 metrə çatıb.

Şahdağ, Qrız, Daşkəsən, Şəmkirdə duman müşahidə olunub. Dumanda görünüş 200 metrədək məhdudlaşıb. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR-da 15°-dək, Aran rayonlarında 20°-dək, dağlıq rayonlarda 10 dərəcəyədək isti olub.

AzVision.az


Teqlər:





Xəbər lenti