Leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

   Leysan yağacaq, dolu düşəcək -    XƏBƏRDARLIQ
  11 Aprel 2024    Oxunub:716
Aprelin 14-ü gündüz şimal və qərb rayonlarından başlayaraq 15-i gündüzədək bəzi yerlərdə arabir yağıntı olacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən AzVision.az -a verilən xəbərə görə, ayrı-ayrı yerlərdə (Qarabağ, Şərqi Zəngəzur, Naxçıvan MR, Balakən-Şəki, Quba-Qusar, Mərkəzi Aran) leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

AzVision.az


Teqlər:





Xəbər lenti