Paşinyanla məktəblilərin görüşündə təhükəli anlar

 Paşinyanla məktəblilərin görüşündə  təhükəli anlar
  11 Aprel 2024    Oxunub:1191
Ermənistanın baş naziri Nikol Paşinyanın çıxışını dinləmək üçün parlamentə gələn məktəblilərdən bir neçəsi onun mühafizəçilərinin hərəkətinə görə çətin vəziyyətlə qarşılaşıblar.
AzVision.az "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, şagirdlərin ölkənin müxtəlif bölgələrindən gəldiyi qeyd olunur. Məlumata görə, mühafizəçilər onları pəncərələri və normal havalandırması olmayan otağa yerləşdiriblər.

Fasilə zamanı Paşinyan uşaqlarla danışmaq niyyətində olub, lakin onların olduğu otağa gedərkən jurnalistlər ona imkan verməyib.

Qapalı məkanda məktəblilərdə tənəffüs problemi yaranıb."Qrapark" qəzetinin sözlərinə görə, onlar dəfələrlə çıxmaq istəsələr də, təhlükəsizlik qüvvələri qapını kilidləyib.

Nəşr iddia edir ki, Paşinyan əsəbiləşib və brifinqi yarımçıq dayandırmaq qərarına gəlib. Bu da uşaqların sağlamlığı üçün daha ciddi nəticələrin qarşısını alıb.

Həmidə İbrahimova
AzVision.az


Teqlər:





Xəbər lenti