Xankəndidə xeyli silah-sursat tapıldı

   Xankəndidə xeyli silah-sursat tapıldı
  11 Aprel 2024    Oxunub:689
Polis əməkdaşları Xankəndi şəhərində avtomat və qumbaralar tapıblar.
AzVision.az xəbər verir ki, bu haqda Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, keçirilən tədbirlərlə aprelin 10-da Xankəndi şəhəri ərazisindən 3 avtomat silahı, 3 tüfəng, 4 qumbara, 4 alışdırıcı, 15 patron darağı, 860 ədəd müxtəlif çaplı patron, 7 süngü bıçaq, 3 rabitə vasitəsi və digər sursatlar aşkar olunaraq götürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti