Küləkli hava sabahadək davam edəcək

   Küləkli hava sabahadək davam edəcək
  11 Aprel 2024    Oxunub:743
Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraiti aprelin 12-si səhərədək davam edəcək.
Bu barədə AzVision.az -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində küləkli hava şəraiti müşahidə olunur.

Arabir güclənən şimal-qərb küləyi əsir. Hazırda küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 23 m/s, Altıağacda 22 m/s, Şamaxıda 16 m/s-dək güclənib.

AzVision.az



Teqlər:





Xəbər lenti