Cüdo üzrə Avropa Kuboku Göygöldə baş tutacaq

Cüdo üzrə Avropa Kuboku Göygöldə baş tutacaq
  10 Aprel 2024    Oxunub:916
Cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku növbəti dəfə ölkəmizdə keçiriləcək.
AzVision.az xəbər verir ki, Avropa Cüdo Birliyinin (EJU) rəsmi təqviminə aid yarış mayın 4-5-də yenidən Göygöldə baş tutacaq.

Azərbaycan Cüdo Federasiyasının (ACF) baş katibi Rəşad Rəsullu bildirib ki, yarışın regionda keçirilməsi cüdonun ölkəmizdə kütləviləşdirilməsi, həmçinin uşaq və yeniyetmələr arasında məşhurlaşması, habelə onların öz peşəkarlıqlarını artırmaları, Avropa və dünya birinciliklərinə qoşulacaq heyətin müəyyənləşdirilməsi baxımından mühüm rol oynayacaq.

Turnir bitdikdən sonra yarışa qoşulacaq ölkələrin idmançılarının iştirakı ilə mayın 6-8-də beynəlxalq təlim-məşq toplanışı keçiriləcək.

AzVision.az


Teqlər: idman   cüdo  





Xəbər lenti