Atletimiz 3 gümüş medal qazanıb

Atletimiz 3 gümüş medal qazanıb
  10 Aprel 2024    Oxunub:1176
Azərbaycanın milli atleti Dadaş Dadaşbəyli Tailandın Puket şəhərində keçirilən ağırlıqqaldırma üzrə Dünya Kubokunda 3 gümüş medal qazanıb.
AzVision.az xəbər verir ki, 109 kq çəki dərəcəsində yarışan idmançımız birdən qaldırma hərəkətində 177 kiloqramın, təkanla qaldırma hərəkətində 211 kiloqramın öhdəsindən gəlib.

Ümumilikdə 388 kiloqram nəticə göstərən Dadaşbəyli nəticədə II yeri tutub və yarışı 3 gümüş medalla başa çatdırıb.

AzVision.az


Teqlər: idman   atletika   gümüş-medal  





Xəbər lenti