Xamenei: "Müsəlman hökumətlərin düşmənə dəstəyi təəssüf doğurur"

   Xamenei:    "Müsəlman hökumətlərin düşmənə dəstəyi təəssüf doğurur"
  10 Aprel 2024    Oxunub:1376
İranın ali dini lideri Əli Xamenei müsəlman ölkələrini İsraillə əlaqələri kəsməyə çağırıb.
AzVision.az xəbər verir ki, bu barədə onun "X" hesabı məlumat yayıb.

"Bəzi müsəlman hökumətlərinin Qəzza zolağında müharibədə İsrailə kömək göstərməsi təəssüf doğurur. Belə tərəfdaşlıqlar onların məhvi ilə nəticələnəcək. Ən azından, müvəqqəti şəkildə İsraillə iqtisadi və siyasi əlaqələri kəsməlidirlər. Bu təkcə bizim deyil, bütün müsəlmanların arzusudur", - Xamenei bildirib.

Firudin Həmidli
AzVision.az


Teqlər: İran   İsrail   Qəzza  





Xəbər lenti