Azərbaycanda Ramazan bayramı qeyd olunur

   Azərbaycanda Ramazan bayramı qeyd olunur
  10 Aprel 2024    Oxunub:1175
Ölkədə Ramazan bayramı qeyd edilir.
AzVision.az Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının verdiyi məlumata görə, bu il Ramazan bayramı Miladi təqvimlə aprelin 10-na düşür.

Orucun vacib əməllərindən olan fitrə zəkatının vaxtı Ramazan ayının son günü – bayram axşamı şam namazından sonradır. Qazılar Şurasının fətvasına görə, adambaşına 10-15 manat fitrə zəkatının verilməsi tövsiyə edilir.

Ölkədəki bütün məscidlərdə bayram namazları qılınacaq. Bakıda Əjdərbəy məscidində bayram namazının vaxtı saat 08.00-a, Təzəpir məscidində isə 09.00-a təyin olunub.

Nazirlər Kabinetinin Ramazan bayramı ilə əlaqədar “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” qərarına əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü il 12 aprel iş günü ilə 6 aprel istirahət gününün yerləri dəyişdirilib.

Bu il aprelin 10, 11-i Ramazan bayramıdır. 13 və 14 aprel şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Ramazan bayramı ilə əlaqədar 5 gün: 10, 11, 12, 13 və 14 aprel tarixləri qeyri-iş günü olacaq. Şənbəyə təsadüf edən 6 aprel isə iş günü olub.

AzVision.az


Teqlər: Ramazan-bayramı  





Xəbər lenti