Səudiyyə kralı bayram ərzində Qəzzada atəşkəsə çağırıb

Səudiyyə kralı bayram ərzində Qəzzada atəşkəsə çağırıb
  09 Aprel 2024    Oxunub:1069
Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz Al Səud müsəlmanların müqəddəs Ramazan bayramı günlərində Qəzza zolağında dinc sakinlərə qarşı hücumları dayandırılmasına çağırıb.
AzVision.az xəbər verir ki, ölkənin rəsmi xəbər agentliyi kralın sözlərindən sitat gətirib.

"Gəlin Fələstin xalqına qarşı hücumların dayandırılması, təhlükəsiz humanitar yardım təminatı və bütün qanuni hüquqlarına çatmaq imkanı verməklə dinc sakinlərin əzablarına son qoyulmasının vacibliyini vurğulayaq", - kral vurğulayıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: Səudiyyə-Ərəbistanı   Qəzza   Ramazan   atəşkəs  





Xəbər lenti