Sena çayının Olimpiya ərzində üzgüçülüyə yararsızlığı açıqlanıb

Sena çayının Olimpiya ərzində üzgüçülüyə yararsızlığı açıqlanıb
  09 Aprel 2024    Oxunub:1113
26 iyul - 11 avqust tarixləri arasında Fransanın paytaxtı Paris şəhərində keçiriləsi Yay Olimpiya Oyunları çərçivəsində Sena çayının həddən artıq çirklənmə səbəbi ilə üzgüçülük yarışlarına əlverişsiz olduğu bildirilib.
AzVision.az xəbər verir ki, bu barədə "Surfrider Foundation" ətraf mühit təşkilatı məlumat yayıb.

Təşkilat son 6 ayda çaydan götürülən nümunələrə əsasən belə qənaətə gəlib. 14 nümunənin 13-də bağırsaq çöpləri və enterokok kimi bakteriyalar aşkarlanıb ki, bu, Beynəlxalq Üzgüçülük Federasiyasının üzgüçülüyə yararlı su standartını pozur.

Hərçənd Paris bələdiyyəsi çayda təmizləmə prosesi aparılacağını və çayın yarışlar üçün tamamilə hazır vəziyyətə gətiriləcəyini diqqətə çatdırıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: Olimpiya   Paris   Sena-çayı  





Xəbər lenti