Avtomobildə sıxılı vəziyyətdə qalan şəxs ölüb - YENİLƏNİB - VİDEO

 Avtomobildə sıxılı vəziyyətdə qalan şəxs ölüb -  YENİLƏNİB - VİDEO
  09 Aprel 2024    Oxunub:1204
Abşeron rayonu, Novxanı kəndi ərazisində baş verən qəzada xəsarət alan şəxs ölüb.
AzVision.az "Report"a istinadən xəbər verir ki, qəzada xəsarət alan Mübariz Nizami oğlu Allahverdiyev Sumqayıt şəhər xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

* * *

19:33
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Novxanı kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Nazirlikdən AzVision.az -a verilən xəbərə görə, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Sumqayıt Regional Mərkəzinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “KİA” markalı minik avtomobili ilə “HYUNDAI” markalı yük avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib və “KİA” markalı minik avtomobilinin sürücüsü deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər avtomobildə sıxılı vəziyyətdə qalan sürücü 1970-ci il təvəllüdlü Allahverdiyev Mübariz Nizami oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

AzVision.az


Teqlər: FHN   hadisə   qəza  





Xəbər lenti