Bayramda əhəmiyyətli obyektlər ciddi nəzarətdə saxlanılacaq

   Bayramda əhəmiyyətli obyektlər ciddi nəzarətdə saxlanılacaq
  09 Aprel 2024    Oxunub:1020
Ramazan bayramı günlərində daxili işlər orqanlarının əməkdaşları gücləndirilmiş iş rejimində xidmətlərini davam etdirəcəklər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən AzVision.az -a verilən məlumata görə, ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının qorunmasının, xidməti vəzifələrin icrasının yüksək səviyyədə təmin edilməsi məqsədilə DİN-in bütün orqan və hissələrinin şəxsi heyəti gücləndirilmiş iş rejimində xidmətlərini davam etdirəcəklər.

Kütləvi tədbirlərin, insanların sıx toplaşdığı yerlərdə polis naryadlarının sayı artırılacaq, mühüm əhəmiyyətli obyektlərin mühafizəsi ciddi nəzarətdə saxlanılacaq.

Artıq bu gündən respublika əhəmiyyətli avtomobil yollarında hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Dövlət Yol Polisi əməkdaşları tərəfindən profilaktik-maarifləndirmə tədbirlərinə başlanılıb. Bir daha bütün vətəndaşları, o cümlədən bölgələrə səfərə çıxamağa hazırlaşan hərəkət iştirakçılarını qaydalara əməl etməyə çağırırıq.

AzVision.az


Teqlər: DİN   Ramazan-bayramı   məlumata  





Xəbər lenti