Muxtar Babayev Tacikistan səfiri ilə görüşüb

   Muxtar Babayev Tacikistan səfiri ilə görüşüb
  09 Aprel 2024    Oxunub:886
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Tacikistanın ölkəmizdəki səfiri İlxom Abduraxmonu qəbul edib.
AzVision.az xəbər verir ki, görüşdə iki ölkə arasında ətraf mühitin mühafizəsi sahəsində gələcək əməkdaşlıq imkanları müzakirə edilib, eyni zamanda bu il ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıqla bağlı fikir mübadiləsi aparılıb.

AzVision.az


Teqlər: COP29   görüş   müzakirə  





Xəbər lenti