İdmançımız dünya çempionatında gümüş medal qazanıb

İdmançımız dünya çempionatında gümüş medal qazanıb
  09 Aprel 2024    Oxunub:727
Azərbaycan idmançısı Sahib Bağırov Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən stronqmen növü üzrə dünya çempionatında medal qazanıb.
AzVision.az xəbər verir ki, 95 kq çəki dərəcəsində mübarizə aparan atlet gümüş mükafata sahib çıxıb.

Gənclər və İdman Nazirliyinin dəstəyi ilə yarışa yollanan yığmanın heyətində beş idmançı qüvvəsini sınayıb. Beynəlxalq dərəcəli hakim Camal Əhmədzadə ilk dəfə dünya çempionatında ədaləti qoruyub. Komanda Azərbaycan Stronqmen Federasiyasının vitse-prezidenti Bəxtiyar Quliyevin rəhbərliyi altında mübarizə aparıb.

Turnirdə 35 ölkə təmsilçisi çıxış edib.

AzVision.az


Teqlər: idman   çempionat   gümüş-medal  





Xəbər lenti