Almaniya Ukraynaya döyüş maşınları təhvil verəcək

Almaniya Ukraynaya döyüş maşınları təhvil verəcək
  09 Aprel 2024    Oxunub:558
Almaniya Ukraynaya 20 Marder piyada döyüş maşını göndərəcək.
AzVision.az "Gazeta.ru"ya istinadən xəbər verir ki, bu barədə məlumatı Almaniyanın Rheinmetall müdafiə konserni verib.

Qeyd olunub ki, sifariş Almaniya hökuməti tərəfindən mart ayında verilib. Döyüş maşınlarının çatdırılması isə 2024-cü ilin sonuna planlaşdırılır.

Rusiyanın Ukraynada xüsusi əməliyyatı başlayandan bəri Kiyev Almaniya konsernindən 100-dən çox “Marder” piyada döyüş maşını alıb.

Həmidə İbrahimova
AzVision.az



Teqlər:





Xəbər lenti