Berbok "Patriot" ehtiyatlarının tükəndiyini açıqladı

Berbok "Patriot" ehtiyatlarının tükəndiyini açıqladı
  09 Aprel 2024    Oxunub:1015
Almaniyanın xarici işlər naziri Annalena Berbok diqqət çəkən etiraf səsləndirib.
O, Berlində keçirilən mətbuat konfransında deyib ki, Almaniyanın Kiyevə göndərmək üçün nəzərdə tutulan ehtiyat "Patriot" hava hücumundan müdafiə sistemləri artıq tükənib.

“Təəssüf ki, özümüz üçün nəzərdə tutulan "Patriot" sistemlərinin ehtiyatı indi demək olar ki, tükənib. Ona görə də, mən NATO xarici işlər nazirlərinin görüşündə bir daha açıq şəkildə bəyan etdim ki, biz Avropada və dünyada bütün "Patriot" sistemlərini yoxlamalıyıq. Biz hər şeyi edəcəyik ki, bu sistemləri Ukrayna üçün əldə etək”, - nazir qeyd edib.

Onun sözlərinə görə, Almaniya və onun müttəfiqləri bunun üçün xüsusi fondun yaradılması imkanlarını araşdırmaq niyyətindədirlər: "Biz ukraynalı və avropalı tərəfdaşlarımızla birlikdə bu məsələ üzərində işi davam etdirəcəyik. İlk növbədə, üçüncü ölkələrin sistemlərini Ukrayna üçün tez bir zamanda əldə etmək üçün çalışacağıq”.
AzVision.az



Teqlər: Almaniya  





Xəbər lenti