“Azərbaycanla müharibə şəraitindəyik" - Erməni deputat

“Azərbaycanla müharibə şəraitindəyik"    - Erməni deputat
  09 Aprel 2024    Oxunub:1137
Ermənistanın hakim "Vətəndaş müqaviləsi" partiyasından olan deputatı Ovik Ağazaryan diqqət çəkən açıqlama verib.
O, son günlər İrəvanın Azərbaycanla şərti sərhəddə törətdiyi hərbi təxribatlara don geyindirməyə çalışıb. Deputat "Armlur"a açıqlamasında atəşkəsin pozulmasına nəzarət etməyin çətin olduğunu söyləyib.

“Azərbaycanla müharibə şəraitindəyik. Sərhəddə bu cür təxribatlarla mütəmadi olaraq pozulan atəşkəs rejimi var. Biz məqsədyönlü şəkildə seçdiyimiz öz yolumuzla getməliyik. Həqiqətən də sərhəddəki proseslərə nəzarət etmək çətindir. Orada müşahidəçilər olsa da, kimsə təsadüfən bu və ya başqa mövqedən atəş aça bilər. Məncə bu cür hadisələrə elə də əhəmiyyət verməməliyik. Düzdür, mülki əmlaka ziyan dəyir. Amma təəssüf hissi ilə bildirməliyəm ki, hazırki reallıqlar davam edəcək”, - Ağazaryan deyib.
AzVision.az



Teqlər: Ermənistan  





Xəbər lenti