Üzərində silah gəzdirən şəxs saxlanılıb

Üzərində silah gəzdirən şəxs saxlanılıb
  09 Aprel 2024    Oxunub:693
Bakının Xəzər rayonun Binə qəsəbəsində üzərində “Makarov” silahı gəzdirən şəxs saxlanılıb.
Bu barədə AzVision.az -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əvvəllər məhkum olunmuş 1994-cü il təvəllüdlü Mehdi Rzayev üzərində qanunsuz olaraq odlu silah gəzdirdiyi üçün saxlanılıb.

Onun üzərindən 1 ədəd “Makarov” markalı tapança, 1 ədəd patron darağı, 8 ədəd patron və 1 kiloqrama yaxın psixotrop maddə metamfetamin aşkarlanıb. Faktla bağlı araşdırmalar davam etdirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti