Fransa səfirindən etiraf: "İrəvana hamının arzuladığı silahları veririk"

 Fransa səfirindən etiraf:  "İrəvana hamının arzuladığı silahları veririk"
  09 Aprel 2024    Oxunub:1083
Fransanın İrəvandakı səfiri Olivye Dekotini sosial şəbəkələrdə Ermənistana silah tədarükü ilə bağlı paylaşım edib.
Səfir "X" hesabında yazıb ki, “Fransada hər kəsin əldə etmək istədiyi hərbi texnika var ki, Paris onu Ermənistana tədarük edir”.

Maraqlıdır ki, o, məlum fikrinə dəstək olaraq Politico-nun “Fransada hər kəsin çox istədiyi anti-dron radarları var” başlıqlı məqaləsinə keçid də yerləşdirib.

Qeyd edək ki, ötən ildən başlayaraq Fransa Ermənistanı aktiv şəkildə silahlandırır. Zirehli texnikanın ilk partiyası İrəvana Gürcüstan vasitəsilə gətirilib.

Fransanın müdafiə naziri Lekornyu 2023-cü ilin oktyabrın sonunda bəyan etdi ki, Paris Ermənistana üç "Ground Master 200" (GM200) radar sistemi satmaq niyyətindədir. Nazir demişdi ki, Paris Ermənistan hərbçilərinə hava hücumundan müdafiə sahəsində də təlim keçəcək.
AzVision.az



Teqlər: Fransa  





Xəbər lenti