Bu müsabiqədə qeydiyyatdan keçənlərin sayı açıqlandı

Bu müsabiqədə qeydiyyatdan keçənlərin sayı açıqlandı
  09 Aprel 2024    Oxunub:700
"Bu ilki müsabiqədə 15877 nəfər qeydiyyatdan keçib. Bu namizədlərin ərazi üzrə bölgüsündə Bakı, Abşeron-Xızı, Lənkəran-Astara və Qarabağ zonalarından olanlar üstünlük təşkil edir”.
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev mətbuat konfransında deyib.

Onun sözlərinə görə, iştirakçıkarın 3/1-i həmişəki kimi xanımlardır:

“Universitetlər arasında qeydiyyat statistikasına əsasən Bakı Dövlət Universiteti, Azərbayvan Dövlət İqtisadiyyat Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Dövlət İdarəçilik Akademiyasının tələbələri üstünlük təşkil edir”.

Həmidə İbrahimova
AzVision.az


Teqlər:





Xəbər lenti