Bu rus çayları Belarusda satılmayacaq: Təhlükəlidir

   Bu rus çayları Belarusda satılmayacaq:    Təhlükəlidir
  09 Aprel 2024    Oxunub:644
Belarusun Səhiyyə Nazirliyi Rusiyaya məxsus “ORİMİ” MMC-nin istehsal etdiyi dörd növ çayın ölkədə satışının müvəqqəti qadağan edilməsi barədə qərar qəbul edib.
Bu barədə Belarusun aidiyyəti qurumu Telegram kanalında məlumat verilib.

İrəvan rus məhsullarını rəflərdən yığışdırır
Söhbət "Gita" və "Princessa Kandi" brendlərinin çaylarından gedir. Nazirlikdən bildirilib ki, ərzaq məhsulları mikrobioloji təhlükəsizlik göstəriciləri üzrə müəyyən edilmiş tələblərə cavab verməyib.

Xatırladaq ki, bundan öncə TASS Ermənistanın Rusiya süd məhsullarına qadağa qoymasına hazırlaşaması barədə məlumat yaymışdı.
AzVision.az



Teqlər:   Belarus   Çay  





Xəbər lenti