Müsavat Partiyası başqansız qalıb

Müsavat Partiyası başqansız qalıb
  09 Aprel 2024    Oxunub:1058
“Partiya daxilində xeyli dostlarımız mənə müraciət ediblər ki, yenidən başqanlığa namizədliyimi irəli sürüm. Təşəkkür etdim və bildirdim ki, təklif barədə düşünəcəyəm. Hələ ki, qərar qəbul etməmişəm”.
AzVision.az bildirir ki, bu sözləri Prime TV-yə müsahibəsində İsa Qəmbər Müsavat Partiyasının başqanlığına qayıdacağı ilə bağlı yayılan məlumatı şərh edərkən bildirib.

Onun sözlərinə görə, müsavatçıların rəyi onun üçün önəmlidir: “Digər tərəfdən mən “Müsavatda ardıcıl iki dəfədən artıq başqan olmaq olmaz” fikrini irəli sürəndə partiyanın yenilənməsini istəmişəm. İstəyirəm ki, yenilənmə davam etsin, gənclərdən bir nəfər, yaxud xanımlardan bir nəfər başqanlığa gəlsin”.

İ.Qəmbər deyib ki, ona görə də hələ ki məsləhətləşmələr davam edəcək: “Variantlara baxacağıq, yəqin ki, yaxın həftələrdə qərar qəbul edəcəyik. Qurultayda müsavatçıların qərarı necə olacaqsa elə qərar da veriləcək”.

Qeyd edək ki, Müsavat Partiyasının may ayında növbəti qurultayı keçiriləcək. Nizamnaməyə görə hazırkı başqan Arif Hacılı namizədliyini irəli sürməyəcək. Partiyada bir qrup üzv İsa Qəmbərə müraciət edərək başqanlıq postuna qayıtmağa çağırıb. İsa Qəmbər 1992- 2014-cü illərdə Müsavat Partiyasının başqanı olub.

AzVision.az


Teqlər:





Xəbər lenti